İsveçli nazir gözlənilməz hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, İsveşin Ədliyyə və Miqarsiya məsələləri naziri Morqan Yohanson qaçqın düşərgələrindən birini ziyarət edib.

Brobi bölgəsindəki qaçqın düşərgəsini ziyarət edən nazir, burada xoşagəlməz “sürpriz”lə qarşılaşıb. Belə ki, nazir Yohanson qaçqınların yaşadığı böyük bir evdə gəzərkən qapının arxasında əlində yağınsöndürmə balonu ilə gizlənmiş bir nəfərin hücumu ilə üzləşib. Nazirin üzünə qazı sıxan hücumçu dərhal təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilib.

Nazirin hücum zamanı heç bir xəsarət almadığı bildirilir.

Mənbə
ANS PRESS