Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Yasamal rayonunda vətandaşa məxsus "UAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az