Naxçıvan, 23 mart, AZƏRTAC
Mən “Azərbaycan tarixi” dərslərində Naxçıvanın tarixi barədə oxumuşam. Təbii ki, çox maraqlı idi. Amma burada gördüklərim marağımı daha da artırdı. Naxçıvandakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir.
Bu sözləri Biləsuvar şəhərindəki Mübariz İbrahimov adına liseyin 10-cu sinif şagirdi Məsud Əbilov AZƏRTAC-a müsahibəsində bildirib.
M. Əbilov qeyd edib ki, Naxçıvana tur-aksiya çərçivəsində tanış olduğu tarixi abidələrə heyranlıqla tamaşa edib. Xüsusən, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksi onda böyük maraq oyadıb.