Şamaxı rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Şamaxı-Çöl Göylər-Padarçöl yolunun 28-ci kilometrliyində qeydə alınıb.
 
Çöl Göylər kənd sakini, 1984-cü il təvəllüdlü Bayramov Tacir Bayram oğlunun idarə etdiyi 56-BA-946 dövlət nömrə nişanlı, BMW markalı minik maşını yoldan çıxaraq aşıb.
 
Sürücü T. Bayramov hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az