“Möhtəşəm yüz il” serialının Mahidevran Sultanı Nur Fəttahoğlu yeni tarixi seriala çəkilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa TRT 1-də yayımlanan “Filinta” serialının aktyor heyətinə daxil olub.

1860-cı illərdə Osmanlı dövlətində polislər və cinayətkarlar arasındakı mübarizədən bəhs edən ekran işində baş rollarda Onur Tuna, Damla Aslanalp, Mehmet Özgür və Naz Elmas yer alıblar.