"Qarabağ" klubunun vəkili Qürur Qayə Günal Türkiyə mətbuatına Ağdam klubu ilə bağlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı azarkeşlərin yaxından tanıdığı türk vəkil UEFA Avropa Liqasında "Qarabağ"ı müdafiə etmişdi. Qayə Günal "İnter"lə matçdakı haqsızlıqla bağlı və hüquqi proses barədə danışıb.

O bildirib ki, UEFA-ya şikayət ərizəsi göndərdikdən sonra araşdırmaların başlanması özü bir uğur idi. Vəkil hakim qərarlarına qarşı etirazlara münasibətin dəyişdiyini söyləyib.

Qayə Günalın sözlərinə görə, matçın son dəqiqələrində vurulan 100%-lıq qolun hesaba alınmaması çex hakim Zelinka Miroslavın səhvi ucbatından baş verib.

Qələbə qazanacağı təqdirdə "Qarabağ"ın növbəti tura adlayacağını xatırladan vəkil, hakimin səhvinin bağışlanılmaz olduğunu qeyd edib.
Mənbə
ANS PRESS