Praqa amerika konvoyuna qarşı provokasiyaların qarşısını almağa hazırdır
Praqa, 23 mart, AZƏRTAC
ABŞ-ın “Dragoon ride” adlanan hərbi konvoyu martın 29-dan aprelin 1-dək Çexiya ərazisində olacaq. Bununla əlaqədar, Çexiya ordusu həmin müddətdə provokasiyalar törədilə bilməsi güman olunan yerləri müəyyən edib.
Çexiya ordusunun Baş Qərargahı rəisinin müavini Frantişek Maleninski mətbuat konfransında bu haqda məlumat verərək bildirib ki, əgər müəyyən yerlərdə provokasiyalar hazırlanması haqda orduya vaxtında siqnal daxil olsa, belə yerlərdən yan keçmək üçün ehtiyat dolama yollar var.
Qeyd edək ki, bununla əlaqədar, İnternetdə “Amerika konvoyunu dayandıraq” adlı petisiya yayılıb.
Müdafiə naziri Martin Stropnitski konvoyun izlənməsinə ehtiyac olmasını şübhə altına alan debatları “Şveykin uydurmaları” adlandırıb.
Müdafiə Nazirliyinin başçısı vurğulayıb: “Çexiya demokratik dövlət kimi NATO-a öz istəyi ilə daxil olub və ən yığcam, ən səmərəli müdafiə qurumu yaradan demokratik ölkələr birliyinin üzvü olub. Beləliklə Çexiya özünün misilsiz mühafizəsini təmin edib”.
Müttəfiqlərin hərbi bölmələrinin Çexiya ərazisinə daxil olmasına Prezident Miloş Zeman da razılıq verib.
Tərkibində təxminən 516 hərbi qulluqçu və 118 vahid hərbi texnika, əsasən təkərli nəqliyyat vasitələri olacaq konvoy “Atlantic Resolve” əməliyyatı çərçivəsində keçirilən təlimlərdən sonra Plzendən üç yol üzrə Almaniyaya keçəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10