[ 23 Mart 2015 13:18 ]



Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib.

 

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Yaşar Məmmədtağı oğlu Muradov işıq dirəyinə çıxaraq özünü atacağını bildirib.

 

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.

 

Hazırda faktla bağlı araşdırma aparılır.