[ 23 Mart 2015 12:07 ]



Quba. Vəli Turan - APA. Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub.

 

APA-nın şimal bürosunun məlumatına görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

 

Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

 

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.