Azərbaycanda məhkum ölüb. Ölüm faktı Şəki şəhərindəki cəzaçəkmə müəssisəsində qeydə alınıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünyasını dəyişən Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılov olub.
Cəzaçəkmə müəssisəsindən verilən məlumata əsasən, ikinci qrup əlil olan məhkum uzun müddət xəstəlikdən əziyyət çəkib.
Ölüm səbəbləri dəqiq bilinməsə də, məhkumun dünən qəfildən halının pisləşdiyi və ürək tutmasından dünyasını dəyişdiyi deyilir.

Onun meyiti cəzaçəkmə müəssisəsinin ayaqyolunda tapılıb. Ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Qeyd edək ki, Fəqan İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə
ANS PRESS, Xatirə Əkbərova