Erməni hərbçisi öz silahın-sursatını hərbi hissədə qoyaraq qarşı tərəfə keçib. Erməni informasiya agentlikləri bu xəbəri çox zəif şəkildə yayırlar.

Ermənistan Müdafiə nazirliyindən bildirilib ki, 1991-ci il təvəllüdlü sıravi Andronik Qriqoryanın işi ilə bağlı cinayət işi açılıb. Hələlik faktla bağlı əlavə məlumat verilmir.

Bəs erməni hərbçinin qaçışı nə ilə bağlıdır? Bəlkə o Azərbaycan prezidenti İlham Əliyevin başqasının işğal edilmiş yox, öz torpağında yaşamaq lazım olduğu barədə bəyanatını dinləyib. Bəlkə səngərdə başqalarını yedirməkdən bezib? Qoy bunu bu qanlı müharibəni başlayanlar özləri etsinlər.
Bir azdan Qriqoryan danışanda biz onun qaçışının əsl səbəbini biləcəyik.

Bəzi ekspertlər düşünürlər ki, yaxında ondan ölmək istəməyən başqa gənc ermənilərdə nümunə götürəcəklər.
Bu gün Ermənistanda yaşayan əhalinin böyük əksəriyyəti ac qarına yerli siyasətçilərin patriot çıxışlarını dinləməkdən beziblər. Ölən əsgərlərin anaları bu gün daha tez-tez küçələrə, meydanlara çıxaraq ölkə başçısından övladlarının ölümünüə səbəb olan qanlı müharibəyə son qoyağı tələb edirlər.

Amma Serj Sarkisyan lovğalığına davam edir. Fransanın "Frans 24" kanalaına müsahibəsində o deyib ki, İrəvan istənilən hücumu dəf edə bilər. Düzdür o bunu erməni əsgərin qaçışından qabaq deyib.

"Ermənilər və şəxsən mən döyüşmək istəmirik", deyə o bildrib. Lap yaxşı. Onda öz əsgərlərimizi iğal etdiyiniz Azərbaycan torpaqlarından tez çıxarın. Yoxsa onlar özləri qaçacaqlar. Necə ki, bunu Andranik Qriqoryan edib.

Onda siz hücumları kiminlə dəf edəcəksiniz? Dövlət məmurları ilə? Onlar da qaçacaqlar.

"Cənab" prezident, artıq zəng səsləri eşidilməyə başlayıb.

Mənbə
ANS PRESS