Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən anspress-ə verilən məlumata görə, maqnitudası 5.4 bal gücündə olan təkanlar yerin 6 km dərinliyində qeydə alınıb.

Təkanlar yerli vaxtla saat 02.45-də baş verib.

Xəzərin 40.01, 51.65 koordinatlarında qeydə alınmış zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, Azərbaycanda ən son ötən gecə Lerik rayonunda zəlzələ baş vermişdi.

2015-ci ildə isə Azərbaycanda ümumilikdə 35 zəlzələ baş verib ki, onlardan 19-u Xəzər dənizində olub.

Milli.Az