Bakı, 23 mart, AZƏRTAC
İnformasiya və rabitə sektorunda 2015-ci ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,0 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3 faiz təşkil edib. Xidmətlərdən əldə olunan gəlirlərin 53,7 faizi mobil telefon rabitəsinin payına düşür. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9 faiz artaraq 136,8 milyon manat təşkil edib.