Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni hərbçilər noyabrın 13-də saat 11.30-dan 11.40-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.10-dən 17.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 14-də saat 00.30-dan 00.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.00-dən 04.15-dək Tərtər rayon rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.