“Azercell Telekom” MMC ilə Boliviyanın “ Nuevatel” operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Bu barədə Lent.az-a şirkətdən məlumat verilib. Xatırladaq ki, bu, Boliviya ilə sayca birinci rouminq müqaviləsidir.

Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 145 ölkənin mobil rabitə operatorları ilə 360 rouminq sazişi bağlayıb.