Seyran Ohanyan Tiflis səfəri zamanı razılaşma əldə edib

Ermənistana silah gətirilməsi Gürcüstan ərazisi üzərindən həyata keçiriləcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyanın Tiflisə səfəri zamanı razılaşma əldə edilib.

Ohanyan gürcü həmkarı David Kezeraşvili ilə görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı Ermənistana gətirilən silahların Gürcüstan ərazisindən keçirilməsi ilə bağlı razılaşma əldə edilib.

Ermənistan müdafiə naziri Rusiyanın ölkədəki hərbi bazalarının sayının artırılması kimi planlarının olmadığını və bu mövzuda Moskva ilə danışıqlar aparılmadığını da vurğulayıb.