Azərbaycanlı cüdoçular daha bir möhtəşəm qələbə qazanıblar.

ANS PRESS-in Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tiflisdə cüdo üzrə beynəlxalq Qran-pri yarışlarında tam heyətlə çıxış edən Azərbaycan millisi turnirdə iki medal qazanıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tərlan Kərimov (66 kq) isə milli komandamıza bürünc medal qazandırıb.

Turnirə bu gün - martın 22-də yekun vurulacaq.
Mənbə
ANS PRESS