Bakı, 22 mart, AZƏRTAC
Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislər tərəfindən istifadəyə yararlı olan 1 ədəd 122 mm-lik top mərmisi ərazidən götürülərək zərərsizləşdirilib.