Qusar, 22 mart, Elxan Yusifli, AZƏRTAC
Xəbər verdiyimiz kimi, martın 22-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının məktəblilərinin növbəti qrupu “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın şimal bölgəsi ilə tanışlığa başlayıb.
Ekskursiyada iştirak edən Naxçıvan Qarnizonu tam orta məktəbinin XI sinif şagirdi Nərmin Süleymanova tur-aksiyanın ilk saatlarından yüksək əhval ruhiyyədə başladığını bildirir. Məktəbli AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu ekskursiyaya qatılmağı səbirsizliklə gözləyib. “ Mən uşaq olanda Qubada, Xınalıq kəndində olmuşam. Amma çox balaca olduğumdan heç nə yadımda qalmayıb. Yenidən Azərbaycanın şimal bölgəsinə gəlməyimə çox sevinirəm. Bu dəfə tək Qubada yox Qusarda, Xaçmazda, Şabranda da olmaq imkanım olacaq. Bu imkanı bizə yaratdığı üçün Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu, həyatımın ən yaddaqalan bayram günləridir.”