Adətən, qolları ayaqla, əllə, başla vurarlar. Bu isə çox fərqlidir. Çünki "beşinci istinad nöqtəsi" ilə vurulub.

Milli.Az lenta.ru-ya istinadən bildirir ki, həmin qolun müəllifi "Pittsburq Pinqvins"in hücumçusu Brendon Satterdir. Qol Milli Hokkey Liqasında (MHL) "Arizona Koyots"a qarşı oyunda vurulub. 

NBC Sports bildirir ki, "Koyots"un qapıçısı Mayk Smit şaybunu qapıdan çıxarmaq istəyərkən şaybu arxasını çevirmiş Satterə dəyib və yenidən geriyə qayıdaraq qapıdan keçib.

Satterin yanı ilə vurduğu qol "Pittsburq"a hesabı bərabərləşdirməyə imkan verib. Sonra isə Daniel Vinnik Sidni Krosbi hərəyə bir qol vuraraq hesabı 3:1 "Pittsburq"un xeyrinə çatdırıblar.

"Arizona" MHL-in qərb konfransının autsayderidir. 72 oyuna "Koyots"un 50 xalı var. Konfransın lideri "Anahaym"dır, 99 xalı var. Şərq konfransındakı "Pittsburq" isə 90 xalla 5-ci pillədədir.



Milli.Az