Anspress-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 03.33.11-də Lerik rayonunda qeydə alınıb.

Təkanlar yerin 12 km dərinliyində, 3,0 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də elə Lerik rayonunda baş vermişdi. Martın 13-də 3.0 bal gücündə baş vermiş təkanlar yerin 17 km dərinliyində qeydə alınmışdı.

Milli.Az