İtalyan dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana ilə müğənni Elton Con arasındakı qalmaqal davam edir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, italyan dizayner Dolçe müğənniyə cavab olaraq:
“Mən ənənəvi ailədə böyümüşəm, buna inanıram, fikrimi dəyişə bilmərəm. Digərlərinin yanaşmasına hörmətlə yanaşıram. Və hələ də Elton Conun musiqisini sevirəm” - deyə bildirib.
Dizayner Stefano Qabbana isə ortağının sözünə qüvvət kimi bunları əlavə edib:
“Biz də homoseksualıq. Eynicinsli cütlüklərə, evliliklərə hörmət edirik. Ancaq bu, bizim fikrimizdir. Nəyə lazımdır boykot? İndi 2015-ci ildir, orta əsrlər deyil”.
Qeyd edək ki, qalmaqal dizaynerlərin “uşağın atası və anası olmalıdır”, “ailə - ənənəvi ailə deməkdir” sözlərindən sonra yaranıb. Neçə illərdir həmcinsi ilə evli olan və iki uşaq övladlığa götürən müğənni Elton Con bu sözlərə etiraz olaraq “Dolce&Gabbana” brendinin məhsulların boykota səsləyib.