Bakı. 21 mart. REPORT.AZ/ Sinqapurun birinci baş naziri Li Kuan Yunun səhhəti pisləşib. 
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hökumət rəhbərinin dəftərxanası məlumat yayıb. 
Fevralın 5-də 91 yaşlı Li Kuan Yu kəskin pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
Sinqapurda Li Kuan Yunu "təsisçi-ata" adlandırırlar. Məhz onun hakimiyyəti dövründə Sinqapur iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başlayıb və dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olub.