Azərbaycan, Bakı, 21 mart / Trend, müxbir İlhamə İsabalayeva/
Abşeron rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bu gün səhər Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az