Rusiyada yol kənarına atılmış corabların içindən onlarca qızıl parçası tapmış şəxs məhkəməyə verilib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiyanın Uzaq Şərqindəki Amur rayonundan olan Baqauddin Estemirov yol kənarında 18 ədəd kərpicşəkilli qızıl parçası tapıb. Qızıl kərpiclər qara yun corablara bükülübmüş.
 
Zeya şəhərində ötən ilin oktyabrında aşkar edilmiş bu tapıntının qiyməti 171 min dollar olub.
Estemirov tapıntısı barədə yerli polisə xəbər vermək əvəzinə “qızıl kərpicləri” maşının oturacağı altında gizlədib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti, nəhayət onun izinə düşə bilib.
 
Rayon məhkəməsi martın 17-də keçirilən iclasında günahını etiraf edən Estemirova iki il şərti cəza kəsib.
 
Ümumi ağırlığı 8 kiloqram olan qızıl isə dövlət xəzinəsinə verilib.
 
Milli.Az