Bərdə rayonunda 1 nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, hadisə Bərdənin Əliyanlı kəndi ərazisində qeydə alınıb.

Ağdam istiqamətində hərəkətdə olan Bakı şəhər sakini Sərvər adlı şəxsin idarə etdiyi 10 SN 352 dövlət nömrə nişanlı “Nissan” markalı minik avtomobili Bərdə istiqamətində hərəkətdə olan rayonun Əliyanlı kənd sakini Vüsal Xəlilovun idarə etdiyi traktorun yüklə dolu Az 09 Q 426 dövlət nömrə nişanlı qoşqusuna çırpılıb.

Bu zaman traktorun qoşqusunda olan ağac minik avtomobilinin üzərinə düşüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 
Milli.Az