Azərbaycanda Novruz bayramı üçün xaricə səyahət paketlərinin hamısı satılıb
“Report”un ölkənin aparıcı turagentlikləri üzrə apardığı sorğunun nəticələrinə əsasən, fevralın 21-dən sonra təklif olunan turpaketlərin qiymətlərində təxminə 30% bahalaşma olub. Turagentlik nümayəndələri bildiriblər ki, əsas artım təyyarə biletləri ilə bağlı olub. Bununla yanaşı, turizm şirkətləri bəzi ölkələr üçün təklifləri əsasən eyni vasitəçi şirkətdən götürdüyünə görə, bununla bağlı artım hamısında eyni dərəcədə müşahidə olunub.
Əsas problem isə əvvəldən bronlaşdırılan və ya dəyərinin yarısı ödənilən turpaketlərlə bağlı yaşanıb. Belə ki, devalvasiyadan əvvəl bayram tətili üçün alınan turpaketlərin yarı qiymətini ödəyənlər və ya heç ödəməyib sadəcə bron edənlərdən devalvasiyadan sonra ödəniş yeni tariflə (30% artımla) tələb olunub. Səbəb isə bütün satışın dollar və ya avroda aparılması ilə bağlıdır. Turoperatorlar qeyd ediblər ki, yeni şərti qəbul edən alıcılar pulun qalan hissəsini artımla ödəyərək paketlərini alıblar, qəbul etməyənlərin isə əvvəldən ödədikləri məbləğ qaytarılıb.
Sözügedən dəyişiklik əsasən daha çox tələbatı olan Türkiyəyə səyahətlərlə bağlı olub, yerli turizm agentliklərinə təklif verən xarici turizm şirkəti isə "Summer Tour" (Türkiyə) və onun yerli təmsilçiləri "Era Style" turizm agentliyidir.
Qaytarılan və satılmayan turlar haqqında danışan agentliklər bahalaşmanın müəyyən mənfi təsirini görsələr də, qiymət artımına rəğmən bayram üçün təklif olunan səyahət paketlərinin demək olar ki, hamısının satıldığını bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51