[ 20 Mart 2015 12:29 ]


“Bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”

Bakı - APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.

 

APA-nın məlumatına görə, C. Uorlik bu barədə “Twitter” hesabında yazıb.

 

“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”, - deyə C. Uorlik qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.