Bakı, 20 mart, AZƏRTAC
Martın 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı ev əşyaları ilə birgə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalar aparılır.