Türkiyədə çəkilən bəzi seriallar qonşu ölkələrlə yanaşı, Yaxın Şərqdə, eləcə də dünyanın bir sıra ölkələrində yayımlanmaqdadır.
Milli.Az anspress-ə istinadən bildirir ki, ərəb ölkələri Türkiyə istehsalı olan “Kurtlar Vadisi”, “Aşkı Memnu”, “Binbir Gece”, “Muhteşem Yüzyıl” seriallarından sonra “Kara Para Aşk”a da böyük maraq göstərirlər.
Bu ölkələrdən biri də Misir Ərəb Respublikasıdır. Misirlilər türklərə olan heyranlığını, serial qəhrəmanlarına olan sevgisini çatdırmaq üçün baş rol ifaçılarının – Engin Akyürək və Tuba Büyüküstünün şəkillərini iri reklam lövhələrində şəhərlərin ən işlək prospektlərində asıblar.
Qeyd edək ki, "Binbir Gece" serialının yaxın Şərqdə yayımlanmasından sonra baş rol ifaçısı Halit Ergençə ərəb ölkələrindən böyük məbləğdə reklam təklifləri gəlib.
Milli.Az