Bakı, 19 mart, AZƏRTAC
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, “Almet Metalmədəniməişət” ASC-nin Azərbaycan şirkəti “Promstroy-Astana 2015” sərgisində iştirak edir.
“Promstroy-Astana 2015” XVI Qazaxıstan Beynəlxalq sərgisi Astana şəhər hakimiyyətinin və “Atakent-Ekspo” Beynəlxalq sərgi şirkətinin dəstəyi, Milli İqtisadiyyat Nazirliyinin, İnvestisiya və İnkişaf Nazirliyinin, Qazaxıstan və Mərkəzi Asiya İnşaatçılar İttifaqının rəsmi dəstəyi ilə keçirilir.
Sərginin işində Qazaxıstan, Azərbaycan, Belarus, BƏƏ, Rusiya, Türkiyə və Ukrayna müəssisələri iştirak edirlər. İlk dəfə olaraq “Promstroy-Astana 2015” sərgisi çərçivəsində “Bosphorus Ехро” sərgi şirkəti (Türkiyə) ölkənin 18 tikinti sənayesi şirkətinin kollektiv ekspozisiyasını təqdim edəcək.
Sərgiyə gələn qonaqların və iştirakçıların diqqətinə müasir tikinti texnologiyaları, bəzək materialları, ventilyasiya, qızdırıcılıq və kanalizasiya sistemləri, qaz, su və enerji təchizatı sistemləri, inşaat maşınları və avadanlığı, yol-tikinti texnikası, tikinti və təmir üçün alətlər, qurğular və təchizat, elektrotexnika avadanlığı təqdim olunur.