Azərbaycan prezidenti İlham Əliyev Tunis Respublikasının prezidenti  Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.


APA-nın xəbərinə görə, dövlət başçısı Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə tunisli həmkarını təbrik edib.

 

“Ümidvaram ki, Azərbaycanla Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.