Bakı, 19 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin filologiya fakültəsində Novruz bayramına həsr olunan “Türk xalqları ədəbiyyatı” mövzusunda viktorina keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir “Novruz bayramı - türk xalqlarının ümumi dəyəri” devizi altında keçirilib.
Viktorinada “Qılınc və qələm” və “Gənc qələmlər” tələbə komandaları iştirak edib.
Tələbələr Azərbaycan, türk, qazax, özbək, qırğız, türkmən və tatar ədəbiyyatı üzrə biliklərini nümayiş etdiriblər.
Qalib gələn “Gənc qələmlər” komandasına hədiyyələr təqdim olunub.