Bakı, 19 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Oriqami Reabilitasiya Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənin sektor müdiri Zamin Əhmədov, “Oriqami” Reabilitasiya Mərkəzinin direktoru Namiq Nəcəfov, Suraxanı rayon gənclər və idman idarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə qeydiyyatda olan uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqlara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub.