Bakı, 19 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8-də yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında yoxlama aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlər ilə yarlığında göstərilən qiymətlər arasında fərq yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.