Rusiyalı parlamentarilərdən biri Rizvan Kurbanov özünün Facebook səhifəsində həmin əhvalatı yazıb. Çox təsirləndiyini bildirib.
Türkiyədə yetim bir uşaq müəllimindən xahiş edib ki, ölkə prezidentinə məktub yazsın. Valideynləri olmadığı üçün uşaq prezidentin onun valideyn iclasına qatılmasını istəyib. Müəllim prezidentin çox məşğul insan olduğunu uşağa bildirsə də, məktubu göndərib.
Ərdoğanın valideyn iclasına qatılacağına heç kim inanmasa da bu baş verib. Türkiyə prezidenti iclas günündə məktəbə gələrək həmin uşağın qəyyumu olduğunu (dövlət başçısı Allah qarşısında cavabdehdir) və bu səbəbdən valideyn iclasına qatıldığını bildirib.
Bir uşağın köməyinə çatmaq dünyanı dəyişdirməsə də, həmin uşağın dünyaya baxışını dəyişdirib.
Milli.Az





