Prezidentin əfv sərəncamı icra edildi (VİDEO)
ANS TV-nin məlumatına görə, 4 saylı qadın cəzaçəkmə müəssissində sərəncam 6 qadına şamil olundu. Himayəsində azyaşlı uşağı ilə birlikdə cəza çəkən daha bir qadın azadlığa buraxıldı. Şəhla Muxtarova Ümid adlı körpəsini Gəncə təcridxanasında dünyaya gətiribmiş. 5 uşaq anası Novruz bayramını yaxınları ilə birgə qeyd edə biləcək.
Əfv edilən Şəhla Muxtarova oğlunun sayəsində bu məhkumluq həyatına tab gətirdiyini deyir.
Himayəsində azyaşlı uşaqları olan daha bir məhbus ana Solmaz Bayramova da azadlığa qovuşdu. Ailə münaqişəsi zəminində həyat yoldaşını qətlə yetirən bu xanım həbsxanaya düşəndə, 2 övladı 2 saylı uşaq evinə verilibmiş. İndi onun ilk işi övladlarına qovuşmaq, onları uşaq evindən çıxarmaq olacaq
Əfv edilən Solmaz Bayramova da uşaqları üçün yaşadığını deyir.
Digər əfv edilən Şahnaz Abdürrəhmanova isə söyləyir ki, psixoloji problemlərinə görə doğma bacısına xəsarət yetiribmiş. O isə düşünür ki, ilk növbədə müalicə almalıdır.
Əfv edilən Şahnaz Abdürrəhmanova azadlığa çıxan zaman mütəmadi müalicə alacağını qeyd etdi. O bildirdi ki, 4 il 6 ay cəzasını çəkib. Amma 1 il 6 ayı isə əfv edilib.
Qadın cəza çəkmə müəsisəsində əfv edilənlər arasında korrupsiya faktına görə, həbs edilən Kürdəmir rayon Sosial Müdafiə Mərkəzinin rəis müavini də var. 8 il iş alan xanım cəzasının 3 ildən bir qədər artığını çəkəndən sonra azadlığa çıxır. Bu barədə danışmaq istəməyən keçmiş rəis müavini İradə Abbasova əməlinə görə peşimandır.
Əfv sərəncamı ümumilikdə 101 nəfər şamil edilib.
Penitensiar xidmətin rəis müavini Rafiq Ramazanov bildirdi ki, bu Azərbaycan Respublikasının müstəqillil əldə etdikdən sonra 59-cu əfv fərmanıdır. Bu isə indiyədək 6100 nəfərin azadlığa buraxılması deməkdir.
Əfv ərizəsi yazan Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyi qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və NİDA Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də azadlığa çıxıb.
Mənbə
ANS TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10