[ 19 Mart 2015 15:56 ]



Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

 

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə BANM-nin rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

 

Tədbiri açan BANM-nin rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

 

Tədbirdə Novruz adət-ənənələri barədə ətraflı məlumat verilib. Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.