Tərtərlilər Novruzun gəlişini təntənə ilə qeyd ediblər
Tərtər, 19 mart, AZƏRTAC
Xalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Tərtər rayonunda böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin bayramsayağı bəzədilmiş mərkəzi meydanında gül-çiçək, bayram xonçaları və səmənilər düzülüb, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. 7 mindən artıq tərtərlinin, həmçinin N saylı hərbi hissənin əsgərlərinin iştirak etdiyi bayram tədbirində tonqal yandırılıb, Dədə Qorqud və Bahar qızın, milli paltar geyinmiş atlıların meydana gəlişi, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar.
Rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun bədii özfəaliyyət kollektivlərinin və respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10