Azərbaycan-Braziliya əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır
Bakı, 19 mart, AZƏRTAC
Milli Məclisin deputatları Asim Mollazadə, Muxtar Babayev və Aslan Cəfərov martın 14-18-də Braziliyada səfərdə olublar.
Azərbaycanın Braziliyadakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin elm, texnologiya və innovasiyalar naziri Aldo Rebelo ilə görüşüb. Azərbaycanın Braziliya ilə dostluq münasibətlərinə malik olduğunu söyləyən Aldo Rebelo əməkdaşlığa hazır olduqlarını bildirib. O, Azərbaycanın regionda aparıcı rolunu vurğulayaraq elm, texnologiya və innovasiyalar sahələrində əməkdaşlıq potensialının olduğunu diqqətə çatdırıb.
Sonra nümayəndə heyətinin Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyosla görüşü olub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Braziliya parlamentinin Deputatlar Palatasında da bir sıra görüşlər keçirib. Parlamentarilərimiz əvvəlcə Braziliya Deputatlar Palatasının plenar iclasında olublar. İclasda Deputatlar Palatasının sədri Eduardo Kunyo bu səfərin parlamentlərarası əlaqələrə töhfə verəcəyini söyləyib. Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Klaudio Kajado Azərbaycan parlamentarilərinin ilk səfərinin əhəmiyyətinə toxunub. O, Azərbaycanın Braziliya üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Nümayəndə heyətinin Deputatlar Palatasının birinci vitse-prezidenti Valdir Maranyao ilə görüşündə Azərbaycan və Braziliya qanunverici orqanlarının əməkdaşlığının genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Klaudio Kajado ilə keçirilmiş görüşdə isə parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qruplarının təmaslarının gücləndirilməsi, habelə siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın gücləndirilməsində qanunverici orqanların rolu müzakirə olunub.
Milli Məclisin üzvləri Braziliya Deputatlar Palatasının xarici əlaqələr komitəsinin sədri Jo Moraes ilə də görüşüb. Söhbət zamanı deputatlarımız iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri, habelə ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat veriblər. Jo Moraes Azərbaycanın Braziliya üçün dost ölkə olduğunu vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olduqlarını və Azərbaycanın regionda aparıcı rol oynadığını söyləyib.
Braziliya Prezidentinin xarici məsələlər üzrə müşaviri Marko Aurelio Qarsiya ilə keçirilmiş görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət müzakirə olunub.
Səfər çərçivəsində parlamentarilərimiz Braziliyanın inkişaf, sənaye və xarici ticarət nazirinin müavini İvan Ramalyo ilə də görüşüb. Azərbaycanın sürətli iqtisadi inkişafı və əldə edilən nailiyyətlər barədə məlumat verən deputatlar ticarət sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Ölkələrimiz arasında energetika, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğu diqqətə çatdırılıb və İ.Ramalyo Azərbaycana səfərə dəvət edilib.
Braziliya Senatının xarici əlaqələr komitəsinin sədri Aloiza Nunyeslə görüşdə isə parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər diqqət mərkəzində olub.
Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov da iştirak edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10