Tural Abbaslı: "Arif Hacılının idarəetmə metodu Müsavat ənənələrinə ziddir"
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O bildirib ki, hazırda partiya daxilində demokratiya yoxdur: "Daxili demokratiya bizim xoşumuza gəlsə də, gəlməsə də tənqidlərdən nəticə çıxarmaqdır. İlin sonunda parlament seçkiləri keçiriləcək, partiya 125 dairə üzrə namizədlər təqdim etməlidir. Bu yarışa partiyadaxili monolitliklə, möhkəmliklə getmək olar. Amma partiya hazırda daxili problemlərlə məşğuldur. Təəssüflər olsun ki, bəzən partiyanın düşünülməmiş qərarları olur. Ola bilsin ki, hansısa tənqidi fikirlərimlə razı deyillər. Onlar mənim fikirlərimi obyektiv qiymətləndirmirlər, ona görə emosinal reaksiyalar verirlər. Qurultaydan sonra gərginlik pik həddə çatıb. Bu gərginliyin qarşısı alınmır. Kim tənqidi fikir söyləyirsə, onun üzərinə gedirlər. Deyirlər ki, hamı partiyanın fəaliyyətindən razı olmalıdır, kimsə narazı olmamalıdır. Kimlərsə bu şərtlə razı olmayanda onun fikirləri top-tüfənglə qarşılanır. Bunlar mənim üçün qeyri-adi deyil. Partiya ilə bağlı tənqidlərimin nə dərəcə doğru olduğunu zaman göstərəcək. Düz bildiyimi demişəm, deyirəm və deyəcəm də. Müsavat Partiyasına həyatımın 15 ilini vermişəm. Ona görə də bu gün partiyada baş verənlər məni narahat edir. Kimsə məndən partiyada baş verənlərə görə biganəlik gözləməsin".
T.Abbaslı ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətinin olduğunu da qeyd edib: "21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyimi irəli sürmək niyyətindəyəm. Bu barədə partiya rəhbərliyinin də məlumatı var. Çalışacağıq ki, bu işə qüvvəmizi sərf edək".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10