Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 48 yaşlı Samir Tahirzadə saxlanılıb. Keçirilən əməliyyat zamanı ondan ümumi çəkisi 1 kiloqrama yaxın həşiş və heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib: "1500 manata almışam, özüm istifadə edirəm. İmkan olsaydı, satacaqdım. Yarısı heroin, yarısı marixuanadır".
Saxlanılan şəxs kameralara da etirazını bildirib: "Çəkirsən, tez çək, çıx get. Mən xəstə adamam, 30 ilin iynə vuranıyam, nervimlə oynama".
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi qaldırlıb. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Samir Tahirzadənin etdiyi növbəti qanun pozuntusuna istintaqın gedişatında hüquqi qiymət veriləcək.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

