APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 18-də saat 21 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhər sakini Zahid Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rövşən Əliyevi vurub.Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az