Bıçaqlanma hadisəsi Şəkinin Lev Tolstoy küçəsi, ev 25 ünvanında qeydə alınıb. 1979-cu il təvəllüdlü Zaur İsmayılovla həyat yoldaşı, 1983-cü il təvəllüdlü Günel İsmayılova arasında mübahisə yaranıb.
Bu zaman söhbətə qadının qohumu, 1986-cı il təvəllüdlü Sevda Mirzəyeva müdaxilə edib. Mübahisə getdikcə böyüyüb və münaqişəyə çevrilib. Zaur hər iki qadına yüngül xəsarət yetirib. Bu zaman əsəblərinə hakim ola bilməyən Günel bıçağa əl atıb və ərinə bir neçə xəsarət yetirib. Zaur İsmayılov yaralı vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Milli.Az