[ 19 Mart 2015 12:11 ]



Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, qeyd edilən tarixlərdə “Expressbank”ın Müştəri Xidmətləri Departamenti, Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10:00-dan 14:00-dək işləyəcək.

 

Bu tarixlərdə “Expressbank” əmanətlər, kreditlər, təcili pul köçürmələri, bank kartları və s. üzrə əhaliyə xidmət göstərəcək.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5 000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.