"Kanal S"-in (Region TV) məlumatına görə, ötən gün Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Yanğın rayonun Əliabad qəsəbəsində, Rasim İbrahimova məxsus, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2-otaqlı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin tüstü bacasının ətrafı 3 kv.m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Milli.Az