Populyar müğənni Rianna baş qəhrəmanlarından birini səsləndirdiyi "Home" 3D animasiya filminin Texas ştatındakı Plano şəhərində keçirilən premyera mərasiminə qatılıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 27 yaşlı Rianna "Home"da Cim Parsonsla tərəf-müqabildir.
Mərasimdə Rianna "Holly Fulton" brendinin məhsulu olan geyimdə idi.
Riannanın fanatları isə onun yeni studiya albomunun satışlarını gözləyirlər. Albomun prodüseri tanınmış reper Kanye Uestdir.
Milli.Az









