[ 19 Mart 2015 04:07 ]
Bakı-APA. İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sanayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, aprelin 2-dən 4-nə kimi davam edəcək səfər çərçivəsində İranın vitse-prezidenti Bakıda keçiriləcək “AİTF” Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak edəcək.
Məsud Soltanifərin rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.