[ 19 Mart 2015 03:24 ]


Bakı-APA. Binəqədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyadan ibarət bağ evinin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.