Azərbaycan və Türkiyə prokurorluq orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb
İstanbul, 18 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində İstanbula gələn nümayəndə heyəti şəhərin Sarıyer rayonunda Heydər Əliyev Parkını ziyarət edib. Ziyarətdə Türkiyənin baş prokuroru Hasan Erbil, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və digər rəsmi şəxslər də iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin parkdakı heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün həmin ərazidəki heykəli önünə tər güllər düzülüb, xatirəsi anılıb.
Daha sonra İstanbulun baş prokuroru Hadi Salihoğlu ilə görüş olub. H.Salihoğlu Azərbaycanla Türkiyənin prokurorluq orqanları arasında əlaqələrin əhəmiyyətindən danışıb.
Baş prokuror Zakir Qaralov Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti, bu sahədə aparılan islahatlar, cinayətkarlıqla mübarizəyə dair görülən işlərdən bəhs edib.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Söhbət zamanı martın 17-də Qarsda TANAP-ın təməlqoyma mərasiminin keçirilməsi məmnunluqla xatırlanıb. Əminliklə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə Çanaqqala zəfərinin 100-cü ildönümü və Novruz bayramı ərəfəsində keçirilən bu tədbir ölkələrimizə və xalqlarımıza böyük fayda gətirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10